Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçəsində meşə sahəsində güclü yanğın başlayıb.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çokal su anbarı yaxınlığında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verməsi bəlli deyil.
Əraziyə Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yanğınsöndürənlər, AFAD və jandarm qüvvələri cəlb edilib.
Yanğının söndürülməsi üçün həmçinin helikopterlər vasitəsilə də müdaxilə edilir.