• Bakı 26° C

    11.49 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Konqoda baş vermiş yanğınlar zamanı 13 nəfər həlak olub

DÜNYA

10 Avqust 2025 | 18:21

Konqoda baş vermiş yanğınlar zamanı 13 nəfər həlak olub

Konqo Demokratik Respublikasının (KDR) Bukavu şəhərində baş vermiş yanğınlar nəticəsində azı 13 nəfər həlak olub, 6 məktəb və 2 tibb mərkəzi yanaraq məhv olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Actualité" portalı şəhər rəhbərliyinə istinadla xəbər yayıb.

Qeyd olunur ki, yanğın 1000-dən çox binanı məhv edib. Şəhərdə 6 məktəb dağılıb, şagirdlərin şəxsi şəxsi işləri və digər vacib sənədlər də yanıb. Bundan əlavə, alov səbəbindən iki tibb mərkəzi, o cümlədən qocalar evi dağılıb.

Portal qeyd edir ki, minlərlə insan evsiz qaldığından küçələrdə gecələməyə məcbur olub. Şəhər hakimiyyəti ölkə rəhbərliyindən və humanitar təşkilatlardan binaların bərpası üçün yardım istəyib.

Qeyd edək ki, Bukavuda yanğınların artması quraq jkeçən hər mövsümdə müşahidə olunur və buna günəş panellərinin və akkumulyatorların düzgün istifadə edilməməsi, həmçinin yerli sakinlərin evlərində yanacaq saxlaması səbəb olur.


SON XƏBƏRLƏR

09 Avqust 2025