Məhkəmə Yekaterinburqda hakimiyyət nümayəndəsinə qarşı guya zorakılıq işi üzrə həbs edilmiş Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi müstəntiqin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətini təmin edib.
Mutvalı Şıxlinskiyə qarşı həbs-qətimkan tədbiri 14 dekabr 2025-ci il tarixinədək uzadılıb.
Məhkəmənin qərarı qanuni qüvvəsinə minməyib.
Qeyd edək ki, Yekaterinburqun Lenin rayon məhkəməsi bu il iyulun 16-da onun barəsində həbs şəklində qətimkan tədbiri seçib. İlkin istintaq orqanları tərəfindən o, guya Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə cinayət törətməkdə ittiham olunur.
Xatırladaq ki, Xatırladaq ki, M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqdakı Azərbaycan diasporunun başçısı Şahin Şıxlinskiyə oğlu M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir.