• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Zurabişvili: Gürcüstanda iqtisadi vəziyyət ağırlaşır

DÜNYA

09 Oktyabr 2025 | 16:27 | Müəllif: Gülşən Şərif

Zurabişvili: Gürcüstanda iqtisadi vəziyyət ağırlaşır

Ölkədə iqtisadi vəziyyət getdikcə daha da pisləşir.

Bakıvaxtı.az "Deutsche Welle" media qurumuna istinadən xəbər verir ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, hakim partiya müxtəlif yollarla ictimai etirazları boğmağa çalışır:

"İqtisadi vəziyyətin ağırlaşmasının əsas səbəbi ölkənin təcrid olunmuş vəziyyətə düşməsidir. Avropa və Amerika tərəfdaşlarımız tərəfindən bir çox ikitərəfli proqramlar dayandırılıb. Seçkilər günü necə idisə, bu gün də eyni vəziyyətdir. Seçkiləri əslində müxalifət qazandı. Gürcü xalqının böyük əksəriyyəti avropayönlüdür və Rusiyanın siyasətinə uyğun gələn gələcək modelini qəbul etmir. Hakimiyyət küçələrdə etiraz edən vətəndaşlara qarşı cərimələr tətbiq edir, bəzi hallarda insanları işdən azad edir". 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026