• Bakı 19° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir

DÜNYA

09 Oktyabr 2025 | 15:00

İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir

İsrail tərəfindən saxlanılan “Azadlıq flotiliyası”nda aid gəmilərdə olan türkiyəli deputatlar Azərbaycana gətirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-in mətbuat katibi Öncü Keçeli “X” hesabında açıqlayıb. 

Keçeli bildirib ki, üç deputat Türkiyəyə aparılmaq üçün Azərbaycana doğru yola salınıb.

Xatırladaq ki, “Azadlıq flotiliyası” Qəzzaya humanitar yardım aparmaq üçün sentyabrın sonunda yola çıxmışdı. 9 gəmidən ibarət olan donanmada təqribən 150 nəfər iştirakçı yer almışdı. Onlar arasında isə türkiyəli deputatlar, aktivistlər, jurnalistlər, hüquqşünaslar da olub. Oktyabrın 8-də gəmilər beynəlxalq sularda israilli hərbçilər tərəfindən saxlanılıb. Gəmilərin heyəti İsraildən deportasiya edilir.


SON XƏBƏRLƏR