• Bakı 19° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

ABŞ "Nvidia" çiplərinin BƏƏ-yə ixracına icazə verib

DÜNYA

09 Oktyabr 2025 | 16:37

ABŞ Nvidia çiplərinin BƏƏ-yə ixracına icazə verib

ABŞ Ticarət Departamenti süni intellekt sahəsində tərəfdaşlığın inkişafı üzrə ikitərəfli saziş çərçivəsində bir neçə milyard dollar dəyərində "Nvidia Corp" çiplərinin BƏƏ-yə tədarükü üçün ixrac lisenziyaları verib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, lisenziyaların verilməsi BƏƏ hökumətinin Amerika iqtisadiyyatına böyük sərmayə qoymaq planlarına cavab olub.

Bununla belə, investisiyaların həcmi və ya çip tədarükü açıqlanmayıb.

Xatırladaq ki, ABŞ 2023-cü ildə Fars körfəzi ölkələrinə qabaqcıl süni intellekt çiplərinin tədarükünə onların Çinə yönəldilməsi ilə bağlı narahatlıqlar səbəbindən məhdudiyyətlər qoyub. Bu, Donald Trampın ABŞ prezidenti olduqdan sonra ilk dəfə "Nvidia" prosessorları üçün lisenziyaların verilməsi deməkdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR