• Bakı 27° C

    13.34 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Ərdoğan kabinetin iclasını çağırır: Vaşinqton sazişi

DÜNYA

10 Avqust 2025 | 18:12

Ərdoğan kabinetin iclasını çağırır: Vaşinqton sazişi

Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, iclasda avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən tarixi görüşdə əldə olunan razılaşmalar və sülh istiqamətində atıla biləcək növbəti addımlar müzakirə olunacaq.

Həmçinin Yaxın Şərq, o cümlədən Qəzzadakı son durum barədə də fikir mübadiləsi aparılacaq.

Hökumətin iclasında, eyni zamanda, terrorla və meşə yanğınları ilə mübarizə də gündəlikdə olacaq.


SON XƏBƏRLƏR

09 Avqust 2025