• Bakı 26° C

    11.49 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Pezeşkian: "Qadınları hicaba məcbur etmək doğru deyil" -  VİDEO

DÜNYA

10 Avqust 2025 | 19:10

Pezeşkian: Qadınları hicaba məcbur etmək doğru deyil -  VİDEO

"Hicab məsələsini zorla həll etmək mümkün deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib.

Pezeşkian vurğulayıb ki, o, hicaba inanır, ancaq qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğru deyil. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həllini tapmalıdır.

Prezident əlavə edib ki, məscidlər mədəniyyət formalaşdırmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə tənzimlənməlidir. 

 


SON XƏBƏRLƏR

09 Avqust 2025