Atəşkəs razılaşması əldə olunsa, Finlandiya Ukraynaya qoşun göndərməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.
“Hazırda qoşun göndərmək planı yoxdur”, - o deyib.
Stubb bildirib ki, ölkəsi şimal-şərqi Avropada mühafizə ilə məşğul olmalıdır.