Senatın Silahlı Qüvvələr Komitəsi 2028-ci ilə qədər Ukraynaya 500 milyon dollar hərbi yardımın ayrılmasını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu müddəa komitənin təsdiq etdiyi 2026-cı maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsində yer alıb.
Komitənin dərc etdiyi fon materiallarına görə, qəbul edilmiş qərarlar "Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsünün (USAI) 2028-ci ilə qədər uzadılmasını və bu proqram üçün maliyyənin 500 milyon dollara qədər artırılmasını" nəzərdə tutur.
Komitənin təklif etdiyi hərbi büdcədə ABŞ-nin siyasətinin Ukraynaya etibarlı müdafiə və çəkindirmə potensialı yaratmaqda köməklik göstərmək, eləcə də ölkəni müdafiə etməyə qadir Ukrayna Silahlı Qüvvələrinin formalaşdırılması üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək olduğu bildirilir.