• Bakı 15° C

    2.66 m/s

Zəngəzur dəhlizi ilə bağlı Pezeşkiandan ilk açıqlama - VİDEO

DÜNYA

10 Avqust 2025 | 21:39 | Müəllif: Subhan Mahmudov

Zəngəzur dəhlizi ilə bağlı Pezeşkiandan ilk açıqlama - VİDEO

""Zəngəzur dəhlizi" marşrutu ətrafında vəziyyət xəbərlərdə şişirdildiyi qədər deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian jurnalistlərə açıqlamasında deyib. 

O, İslam Respublikasının bu məsələ ilə bağlı tələblərinin nəzərə alındığını vurğulayıb.

Jurnalistin ABŞ-nin regionda mövcudluğu ilə bağlı mümkün narahatlıqlar barədə sualına Pezeşkian cavab verib ki, bu, həqiqətən də vacib aspektlərdən biridir. Bununla belə, İran üçün əsas məsələlər ərazi bütövlüyü və Avropaya və şimal bölgələrinə sərbəst çıxışın təmin edilməsi məsələləri olaraq qalır. Yeganə narahatlıq odur ki, bu marşrutun tikintisini Amerika  və erməni şirkətləri həyata keçirə bilər.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026