Artıq III Dünya Müharibəsi başlayıb və “ABŞ İmperiyası”nın dünyaya öz hegemonluğunu yaymaq üçün müharibə planı var.
Bakıvaxtı.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro RT telekanalına müsahibəsində deyib.
"Roma Papası Fransisk iki il əvvəl demişdi ki, biz III Dünya Müharibəsinə doğru gedirik. Mən inanıram ki, bu, artıq başlayıb. ABŞ İmperiyasının öz siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu dünyaya yaymaq üçün müharibə planı var”, - deyə prezident bildirib.