Serbiya prezidenti Aleksandar Vuçiç Avropa Komissiyasının sədri Ursula fon der Leyenin həmin tarixlərdə Belqrada gəlməsi ilə əlaqədar oktyabrın 15-dən 17-dək Moskvada keçiriləcək “Rusiya Enerji Həftəsi 2025” Beynəlxalq Forumunda iştirak edə bilməyəcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı bildirib.
O, açıqlamasında "Moskvada keçiriləcək enerji sammitində iştirak etmək üçün dəvət almışam, lakin Ursula fon der Leyen bu tarixlərdə Belqrada gedəcək" sözlərini söyləyib
Xatırladaq ki, Rusiya Enerji Həftəsi oktyabrın 15-dən 17-dək Moskvada iki məkanda keçiriləcək. Əsas müzakirələrin aparılacağı Manej Mərkəzi Sərgi Zalı və yanacaq-energetika texnologiyaları və avadanlıqları sərgisinin keçiriləcəyi Qostiny Dvor. REW 2025-in əsas mövzusu "Gələcəyin Enerjisini Birlikdə Yaratmaq"dır.
Gülşən Şərif