• Bakı 28° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Amerikadan yaxşı xəbərlər almışıq - Zelenski

DÜNYA

11 Iyul 2025 | 22:37

Amerikadan yaxşı xəbərlər almışıq - Zelenski

Ukrayna öz ərazisində silah tədarükü və istehsalını artırmaq üçün tərəfdaşlarla işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Artıq yaxşı razılaşmalar var. Biz daha çox razılaşmalar gözləyirik, yaxın həftələrdə bunun üçün çalışacağıq. Hər bir razılaşmanı mümkün qədər tez həyata keçirmək vacibdir ki, həqiqətən də daha çox qüvvə, daha çox resurs, daha çox hava hücumundan müdafiə sistemi olduğu hiss edilsin. Bu, əsas prioritetdir", - o, axşam videomüraciətində deyib.

Prezident əlavə edib ki, Ukrayna Avropa müttəfiqlərindən və Amerika Birləşmiş Ştatlarından “yaxşı siqnallar” alıb və silah tədarükü artıq bərpa olunub.


SON XƏBƏRLƏR

11 Iyul 2025