• Bakı 15° C

    13.93 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alınıb

DÜNYA

10 Avqust 2025 | 22:09

Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alınıb

Türkiyədə zəlzələlərdən sonra üç maqnitudadan çox yeddi afterşok qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbiət hadisəsi Manisa, İzmir, Uşak və Bursa vilayətlərində hiss olunub. Hazırda axtarış – xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində 10 bina dağılıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.


SON XƏBƏRLƏR

26 Sentyabr 2025