"Yuventus" "Mançester Yunayted"in futbolçusu Rasmus Hoylundu hədəfləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Turin təmsilçisi danimarkalı oyunçunu hücumçusu Duşan Vlahoviçə potensial əvəzləyici kimi nəzərdən keçirir. Bu, serbiyalı futbolçunun qarşıdan gələn yay "qoca sinyora"nı tərk edəcəyi halda baş verə bilər.
Bildirilir ki, İngiltərə klubu Hoylund üçün "Yuventus"dan 60 milyon avro tələb edir. 22 yaşlı hücumçu özü də İtaliyaya qayıtmaq istəyir. Həmçinin "Mançester Yunayted"nin futbolçusunu icarəyə verilməsi variantını nəzərdən keçirmədiyi qeyd olunur. Buna səbəb klubun yayda yeni hücumçu almaq üçün vəsaitə ehtiyacı olmasıdır.
Qeyd edək ki, Rasmus Hoylund bu mövsüm "Mançester Yunayted"in heyətində 42 oyuna çıxaraq 8 qol vurub və 4 qolun ötürməsini edib. O, 2022-2023-cü illərdə İtaliyanın "Atalanta" klubunda çıxış edib. /qol.az