• Bakı 11° C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Təbii fəlakət 60-dən çox insanın həyatına son qoydu

DÜNYA

12 Aprel 2025 | 20:41

Təbii fəlakət 60-dən çox insanın həyatına son qoydu

Hindistanın şərqindəki Bihar əyalətində aprelin 10-u və 11-də yağan güclü yağış və tufanlar ən azı 61 nəfərin həyatına son qoyub. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, qonşu Nepalda daha səkkiz nəfər həlak olub. 

Bildirilir ki, onların ölümlərinin əksəriyyəti ildırım vurması nəticəsində baş verib. Yaxın günlərdə də rayonda leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İqlim dəyişikliyi Hindistanda ölümcül ildırım vurmalarının artmasına səbəb olub.  İldırım dünyanın ən sıx məskunlaşdığı ölkədə hər il 1900-ə yaxın insanın ölümünə səbəb olur. 


SON XƏBƏRLƏR

12 Aprel 2025