• Bakı 15° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Tacikistanda güclü zəlzələ 

DÜNYA

13 Aprel 2025 | 09:10 | Müəllif: Subhan Mahmudov

Tacikistanda güclü zəlzələ

Tacikistanda 6,1 maqnitudalı zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər veri ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri Xucand şəhərindən 170 km cənubda yerləşib. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.

    Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronoz Mərkəzinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5,8 bal təşkil edib. Düşənbə şəhərinin mərkəzində bir neçə saniyə ərzində zəif yeraltı təkanlar hiss olunub.

    Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Oktyabr 2026