• Bakı 19° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Şara ərəb birliyinin sammitinə getməyəcək

DÜNYA

13 May 2025 | 01:00

Şara ərəb birliyinin sammitinə getməyəcək

Suriya xarici işlər naziri Əsəd Şeybani mayın 17-də Bağdadda keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitində ölkəsini təmsil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı Suriya prezident administrasiyasına istinadən məlumat yayıb.

"Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şara Bağdadda keçirilməsi planlaşdırılan sammitdə iştirak etməyəcək. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd Şeybani rəhbərlik edəcək", – bəyanatda bildirilir.

Qeyd edək ki, bu qərarın səbəbləri açıqlanmır. Lakin Livanın "Al Mashad" telekanalı qeyd edir ki, bu, Dəməşqdə yeni administrasiya rəhbərinin təhlükəsizliyi ilə bağlı məqamlarla əlaqəli ola bilər.

 


SON XƏBƏRLƏR

12 May 2025