• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ABŞ Kanadadan bəzi malların idxalını qadağan edəcək

İQTİSADİYYAT

09 Sentyabr 2026 | 12:31 | Müəllif: Gülşən Şərif

ABŞ Kanadadan bəzi malların idxalını qadağan edəcək

 ABŞ Prezidenti Donald Trampın administrasiyası 29 sentyabrdan etibarən müəyyən növ spirtli içkilər, süd məhsulları və motosikletlər də daxil olmaqla, Kanada mallarının ABŞ-yə idxalını qadağan etmək qərarına gəlib. 

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu, Ağ Evin 8 sentyabrda yayımladığı sənədlərdə yer alıb.

Sənədlərə görə, yuxarıda adı çəkilən malların Kanadanın ayrı-seçkilik ticarət təcrübələri səbəbindən 29 sentyabr tarixindən etibarən ABŞ-yə idxalı qadağandır. Bundan əlavə, ABŞ 50% tarif tətbiq edən Kanada məhsullarının siyahısını genişləndirib. Bu tədbirlər 15 sentyabrda qüvvəyə minəcək.

Siyahıya müəyyən alüminium və polad məhsulları, eləcə də mebel və kağız daxildir. 

Qeyd edək ki, ABŞ 1 yanvar 2027-ci il tarixindən etibarən Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına 50% tarif tətbiq etməyi planlaşdırır. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026