• Bakı 23° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

10 min voltluq cərəyan vursa da, SAĞ QALDI

DÜNYA

09 Sentyabr 2026 | 10:32 | Müəllif: Günəş Mərd

10 min voltluq cərəyan vursa da, SAĞ QALDI

Rusiyanın Kuzbass bölgəsində həkimlər 10 min voltluq elektrik cərəyanının vurduğu şəxsin həyatını xilas ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional səhiyyə naziri Andrey Tarasov məlumat verib.

Məlumata görə, hadisə Prokopyevskdə baş verib. Elektrik boşalması kişinin başından sol əlinə keçərək dərin nekroza səbəb olub. O, həmçinin üz, qulaq və boyun nahiyələrindən yanıq xəsarətləri alıb.

Kişi süni komaya salınıb və süni tənəffüs aparatına qoşulub. Həkimlər onun vəziyyətini sutka ərzində nəzarətdə saxlayıblar.

İlk 24 saat ərzində xəstə özünə gəlib və həyati göstəriciləri normallaşıb. Hazırda o, yanıq yaralarına görə müalicə alır və artıq müstəqil şəkildə yeriyə bilir.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026