• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taylandda uşaq bağçasında müəllim güllələnib

DÜNYA

09 Sentyabr 2026 | 13:28 | Müəllif: Gülşən Şərif

Taylandda uşaq bağçasında müəllim güllələnib

Taylandın Çonburi əyalətində uşaq bağçasında baş verən atışmada bir nəfər həlak olub. 

Bakıvaxtı.az "The Straits Times" qəzetinə istinadən xəbər verir ki, yerli polis əməkdaşı uşaq bağçasına daxil olub.  

O, müəllimə işləyən həyat yoldaşı ilə danışdıqdan sonra ona atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb.

Yerli polis binanı tez bir zamanda mühasirəyə alıb və onu saxlayıb.

Atışma zamanı bağçadan 44 uşaq, üç müəllim və üç işçi təxliyə edilib. Atışmanın şahidi olan uşaqlar və işçilər psixoloji məsləhət alacaqlar. 

Atışmanın motivi hələlik məlum deyil.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026