• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

BƏƏ sahillərində gəmiyə zərbə endirilib

DÜNYA

09 Sentyabr 2026 | 14:05 | Müəllif: Günəş Mərd

BƏƏ sahillərində gəmiyə zərbə endirilib

Birləşmiş Ərəb Əmirlikləri sahillərində lövbərdə olan gəmiyə naməlum mərmi ilə zərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Hadisə BƏƏ-nin Rashid limanından təxminən 24 dəniz mili şimal-qərbdə baş verib.

UKMTO-nun məlumatına görə, tanker kapitanı lövbərdə olan bir gəminin əyildiyini müşahidə edib. Gəminin naməlum mərmi ilə vurulduqdan sonra su almağa başladığı ehtimal olunur.

Mərkəz hadisənin təfərrüatlarını açıqlamayıb və zərbənin kim tərəfindən endirildiyini müəyyənləşdirməyib.

Hadisə bölgədə ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026