• Bakı 11° C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Gürcüstan buna görə 3+3 platformasına qoşulmağı planlaşdırmır

DÜNYA

12 Aprel 2025 | 23:51

Gürcüstan buna görə 3+3 platformasına qoşulmağı planlaşdırmır

Gürcüstan Cənubi Qafqazda “3+3” platformasına qoşulmağı planlaşdırmır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində keçirilən müzakirələr zamanı Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili deyib.

"Gürcüstan bu formatın bir hissəsi deyil. Biz Rusiyadan başqa bütün qonşularımızla əməkdaşlıq edirik və bunun bir səbəbi var, biz bu formatın bir hissəsi ola bilmərik və düşünmürük", - o, qeyd edib.  

Nazir bildirib ki, Gürcüstan və Rusiyanın yalnız bir formatı var - Transqafqazda sabitlik və təhlükəsizlik üzrə Beynəlxalq Cenevrə Müzakirələri və bu format ölkə üçün çox vacibdir, çünki münaqişə məsələlərinin müzakirəsinə imkan verir.

XİN rəhbəri həmçinin vurğulayıb ki, Gürcüstan "digər qonşuları - Ermənistan, Azərbaycan, Türkiyə ilə əla regional əməkdaşlığa malikdir" və ölkə regionda tərəfdaşlığı dərinləşdirməyə hazırdır, lakin "3+3" formatında deyil.


SON XƏBƏRLƏR

12 Aprel 2025