Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kentiş Toundakı evi yanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, mülkə böyük ziyan dəyib, lakin xəsarət alan yoxdur.
Ailəsi ilə Douninq Stritdəki rəsmi iqamətgahında yaşadığı deyilən Baş nazirin yanan dördotaqlı mülkünü icarəyə verdiyi bildirilir.
Polis yanğının detallarını araşdırır.