• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Ailə lotereya uddu - arvad "dəli"yə döndü

DÜNYA

12 Aprel 2025 | 19:53

Ailə lotereya uddu - arvad dəliyə döndü

Qəfil lotereya uduşu bir ər-arvad üçün ciddi sınaq olub.

Bakıvaxtı.az  xarici mediaya istinadla bildirir ki, adının açıqlanmasını istəməyən kişi deyib ki, uduşlar sayəsində həyat yoldaşı ilə birlikdə ipotekanı vaxtından əvvəl ödəyə bilib və yaşamaq üçün lazımi məbləğ ayırıb.

"Pulu alanda hər şey dərhal pisləşdi. Həyat yoldaşım artıq işləməməyə qərar verdi və bunun necə gözəl olacağını dedi. Bunu eşidəndə şoka düşdüm", - kişi deyib.

Qalib ər arvadını inandırmağa çalışıb ki, bağlanmış ipotekaya baxmayaraq, adi həyat standartlarını qorumaq üçün ən azı yarımştat işləməyə davam etməli olacaqlar.

Lakin arvad qəfil deyib ki, lotereya biletini məhz o alıb və pulu necə xərcləməyə özü qərar verəcək.

Kişi bildirib ki, bir anda həyat yoldaşı əsəbiləşib, onu tamahkarlıqda və münasibətlərini məhv etməkdə günahlandırıb. Onun sözlərinə görə, o, bir qədər ara verməyi təklif edib, çünki qorxu hissi keçirib. Həyat yoldaşından belə bir davranış gözləməyib və daha əvvəl belə bir şeylə qarşılaşmayıb.

Qadın işdən ayrılmaq niyyətində olduğunu bildirəndə, boşanmaqla və lotereya uduşunu bölmək tələbi ilə ərini hədələyəndə vəziyyət daha da gərginləşib. Kişi etiraf edib ki, özünü tükənmiş və itmiş hiss edir və həyat yoldaşını artıq tanıya bilmir. Onda artıq əvvəlki xarakterləri görmür. 

Kişi həmçinin deyib ki, əgər bu uduşun nə ilə nəticələnəcəyini əvvəlcədən bilsəydi, ümumiyyətlə pulu götürməzdi./Lent.az


SON XƏBƏRLƏR

12 Aprel 2025