• Bakı 16° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Pakistan Hindistanla Kəşmir məsələsini müzakirə edəcək

DÜNYA

12 May 2025 | 17:07

Pakistan Hindistanla Kəşmir məsələsini müzakirə edəcək

"Pakistan Hindistanla danışıqlar zamanı üç əsas məsələni, o cümlədən Kəşmir, transsərhəd terrorizm və Hind çayının sularının bölüşdürülməsini müzakirə etməyə hazırdır". 

Bakıvaxtı.az "Geo News" telekanalına istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.

Onun sözlərinə görə, Pakistan və Hindistanı üç dəfə müharibəyə aparan Kəşmir məsələsi kimi bir sıra problemlər də həll edilməlidir:

"Hindistanla üç əsas problemimiz var: Kəşmir, terror və su. Onlar son 76 ildə mövcuddur. Ərazi məsələsi Pakistan-Hindistan danışıqlarının gündəliyinə daxil edilməlidir. Hindistanla Hind çayının sularından istifadə ilə bağlı mübahisə 1960-cı ildə imzalanan müqavilə ilə həll olunub və onun təsirini Yeni Dehlinin birtərəfli qərarı ilə dayandırmaq olmaz".

Gülşən Şərif


SON XƏBƏRLƏR