Avropa Şurasının Baş katibi Alen Berse İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Alen Berse sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüş zamanı regiondakı vəziyyət müzakirə olunub.
Baş katib, eyni zamanda, görüşdə Azərbaycanla davamlı sülhün vacibliyinin də diqqət mərkəzində olduğunu vurğulayıb.