Ukrayna Nazirlər Kabineti hava hücumundan müdafiə sahəsində işləmək üçün könüllülərin cəlb edilməsi layihəsinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksiy Qonçarenko öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, bu icmaya səfərbərliyə tabe olmayan və PUA-ları idarə etmək üçün sertifikat almış şəxslər daxil ola bilər.
Qonçarenko bildirib ki, qrup üzvləri hava hədəflərini müşayiət edəcək və vuracaq, həmçinin müstəqil olaraq pilotsuz uçuş aparatlarını işə salacaqlar.
Hava hücumundan müdafiə işində iştirak üçün ukraynalılara ayda 100 min qrivnaya qədər pul mükafatı veriləcək.
Mina Mikayılova