• Bakı 22° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Bu ölkədə meymunçiçəyinə yoluxma ARTDI

DÜNYA

11 Iyun 2025 | 16:43

Bu ölkədə meymunçiçəyinə yoluxma ARTDI

Qərbi Afrika ölkəsi olan Qanada meymunçiçəyi (M-pox) virusuna yoluxma faktı aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti vətəndaşlara xəbərdarlıq edib.

Məlumata görə, ölkənin 10 əyalətində 34 yeni yoluxma qeydə alınıb.

Bununla da ümumi yoluxmaların sayının 79-a çatdığını açıqlanıb.

Açıqlamada virusa görə 4 nəfərin xəstəxanada müalicə aldığı, ünsiyyətdə olanların axtarışının davam etdiyi və ölkə daxilində müşahidə işlərinin gücləndirildiyi qeyd edilib.

Həmçinin əhalidən səpgi, qızdırma, şişkin limfa düyünləri və əzələ ağrısı kimi simptomlar aşkar etdikdə ən yaxın sağlamlıq mərkəzinə müraciət etmələri xahiş olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR