• Bakı 16° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Aİ Amerika-Çin tarif razılaşmasına müsbət baxır

DÜNYA

12 May 2025 | 17:25

Aİ Amerika-Çin tarif razılaşmasına müsbət baxır

"ABŞ və Çin arasında gömrük tariflərinin 90 gün ərzində əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı əldə olunan razılaşmanı məmnuniyyətlə qarşılayıq".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Olof Gill bildirib.

Onun sözlərinə görə, Aİ qlobal ticarət və iqtisadiyyat baxımından bu addımı "geriyə dönüş" deyil, sabitlik və öngörücülük üçün müsbət inkişaf kimi qiymətləndirir.

"Qlobal tədarük zəncirlərinin səmərəli işləməsinə kömək edən, ticarət və investisiya üçün sabitliyi təmin edən hər bir təşəbbüs Aİ tərəfindən dəstəklənir və ticari maneələrin aradan qaldırılması istiqamətində atılan addımlar müsbət qarşılanır", - deyə Qlof Gill qeyd edib.

İbrahim Rzayev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR