ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna rəsmiləri arasında görüşlərin keçiriləcəyi İstanbula getməyi düşündüyünü açıqlayıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu haqda Ağ Evdə jurnalistlərə bildirib.
“Mən təkid etdim ki, Rusiya və Ukrayna arasında görüş İstanbulda baş tutsun və bu görüş olacaq. Cümə axşamı Türkiyədə keçirilən görüşün nəticələrinin yaxşı olacağını düşünürəm. İnanıram ki, hər iki lider orada olacaq. Cümə axşamı harada olacağımı bilmirəm. O qədər görüşlərim olur, amma ora uçmağı düşünürəm”, - Tramp qeyd edib.