• Bakı 27° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Bu tarixlərdə Qərbi Nil qızdırması pik həddə ÇATACAQ

DÜNYA

12 May 2025 | 17:09

Bu tarixlərdə Qərbi Nil qızdırması pik həddə  ÇATACAQ

Rusiyada Qərbi Nil qızdırmasının (WNF) pik həddi avqust ayında gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin epidemiya mövsümündə Rusiya Federasiyasında WNV epidemiya prosesinin intensiv təzahürlərinin iyun-sentyabr aylarında, pik həddinin isə avqustda olacağı gözlənilir.

Qeyd olunub ki, infeksiyaya yoluxma riski Cənub, Volqa və Mərkəzi Federal Dairələrdə daha çoxdur.

Eyni zamanda, idarədən xəstəliyin konkret müalicəsinin olmadığı bildirilib.

Rospotrebnadzor, həmçinin WNV-yə yoluxma riski yüksək olan bölgələrə səfər etməyi planlaşdıran vətəndaşlara müraciət edib və onları qoruyucu tədbirlərə riayət etməyə çağırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 Iyul 2025