Rusiya müharibənin 1144-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 51 128 PUA-sı, 601 zenit-raket kompleksi, 22 811 tank və digər zirehli texnikası, 1 534 reaktiv yaylım atəş sistemi, 23 518 artilleriya və minaatanı, 34 010 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.