Almaniyanın paytaxtı Berlində İsrail prezidenti İsaak Hersoqun səfərinə etiraz aksiya baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Belə ki, Beynəlxalq Amnistiya Təşkilatının təşkil etdiyi nümayişdə Hersoqun Almaniyaya səfərinə etiraz edən bir qrup Baş nazirlik binası qarşısında toplaşıb.
Etirazçılar əllərində “Qəzzada İsrailin soyqırımına son qoyulsun”, “Soyqırım üçün dəyər ortaqlığı yoxdur”, “Qəzzada beynəlxalq humanitar hüquqa hörmət edin” və “Qəzzada müharibə cinayətləri üçün silah yoxdur” yazılı lövhələr qaldırıblar.
Əli Hüseynov