Dünyaca məşhur elektron ticarət nəhəngi Amazon şirkəti son 20 ildə ilk dəfə olaraq korporativ loqosunu yeniləyib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, loqonun dizaynı beynəlxalq Koto studiyası və Amazon-un daxili dizayn komandası ilə birlikdə hazırlanıb. Yenilənmə vizual üslubun gücləndirilməsi və 50-dən artıq alt-brendə uyğunlaşdırılması məqsədilə həyata keçirilib.
Yenidən dizayn olunan loqoda mərkəzi element kimi Amazon-un tanınan “gülümsəmə” simvolu saxlanılıb. Lakin əvvəlki versiyada vurğu ox formasındakı ox üzərində olduğu halda, yeni dizaynda diqqət birbaşa gülümsəmənin özünə yönəlib. Koto studiyasının nümayəndələrinin sözlərinə görə, bu yanaşma Amazon-un müştəri yönümlü olmasını və gündəlik həyatı sadələşdirmək istədiyini vizual olaraq əks etdirir.
Nuriyyə Musayeva