Kreml Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanmasına münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Varşavadakı ticarət mərkəzinin yandırılması ilə bağlı ittihamlara da cavab verib.
"Polşada Rusiyaya qarşı çoxlu müxtəlif ittihamlar səslənir. Bu, tamamilə rusofobik və ölkəmizə qarşı qeyri-dost mövqenin bir hissəsidir. Üstəlik, bütün bu ittihamlar tamamilə əsassızdır. Bunlar artıq acınacaqlı vəziyyətdə olan ikitərəfli münasibətləri məhdudlaşdıran ümumi zəncirdəki ayrılmaz halqalardır. Polşa bizə qarşı düşmənçiliyi seçir”,- Kreml rəsmisi vurğulayıb.