İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar başa çatıb.
Bakıvaxtı.az İran KİV-ə istinadla bildirir ki, məsləhətləşmələr uğurlu olub.
Məlumata görə, İran və ABŞ gələn həftə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir.
16:02
İran və ABŞ arasında danışıqlar baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
"Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqların ilk raundu başlayıb. Nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq”,- o qeyd edib.