• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

SİYASƏT

12 Aprel 2025 | 14:06

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

Aprelin 16-17-də Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrin media rəhbərləri və ekspertləri iştirak edəcəklər.

Media forumun panel sessiyalarında iki gün ərzində Mərkəzi Asiya dövlətlərinin mediası arasında yeni inkişaf nöqtələri və əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və məlumat axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu müzakirə olunacaq.

Tədbirdə 500-dən çox iştirakçı (Qazaxıstan və xarici media rəhbərləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları, universitet tələbələri, nüfuzlu şəxslər, media ekspertləri və s.) iştirak edəcəklər. Onlar üçün aparıcı mütəxəssislərdən ustad dərsləri təşkil olunacaq.


SON XƏBƏRLƏR