• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Nazir polkovnik-leytenantın vəzifəsini kiçiltdi

SİYASƏT

12 May 2025 | 12:05

Nazir polkovnik-leytenantın vəzifəsini kiçiltdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə polkovnik-leytenant Aqil Ağayev vəzifəsindən azad olunaraq, paytaxtda yanğın bölmələrinin birinin rəisi təyin olunub.

Kəmaləddin Heydərovun digər əmri ilə Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi daxili xidmət mayoru Şahmalı Əhmədov Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, vəzifəsi hissə rəisindən bölmə rəisinə endirilən Aqil Ağayev ötən ilin avqust ayında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu.


SON XƏBƏRLƏR