Xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" səhifəsində bildirilib.
"Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə hərtərəfli müzakirə aparıblar", - məlumatda qeyd olunub.