"Azərbaycan Türk Dövlətləri Təşkilatını öz ailəsi olaraq görür".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov aprelin 12-də 4-cü Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “Türk Dövlətləri Təşkilatı: Unikal birlik modeli” panelində çıxışı zamanı deyib.
“Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatını öz ailəsi olaraq görür. Bu da bizim hədəflərimizdən biridir. Bu təşkilat çərçivəsində məsuliyyəti daha da gücləndirmək lazımdır”, - prezidentin xüsusi nümayəndəsi bildirib.