• Bakı 11° C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Ərdoğan: İsrail – Fələstin məsələsində yeganə optimal yol iki dövlətli həlldir

DÜNYA

13 Aprel 2025 | 00:21

Ərdoğan: İsrail – Fələstin məsələsində yeganə optimal yol iki dövlətli həlldir

İsrail – Fələstin məsələsində yeganə optimal yol iki dövlətli həlldir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Fələstinin baş naziri və xarici işlər naziri Muhammet Mustafa ilə görüşündə deyib.

O, bildirib ki, Türkiyə həm İsrailin Qəzza başda olmaqla Fələstinə hücumlarını dayandırmaq, həm də daimi atəşkəsi təmin etmək üçün səylərini davam etdirəcək.

Ərdoğan söyləyib ki, Qəzza xalqının yurdundan köçürülməsi qəbuledilməzdir: “Humanitar yardımlarla Qəzzaya dəstək verməyə davam edəcəyik”.


SON XƏBƏRLƏR

12 Aprel 2025