• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Türkiyədə “Mossad”ın casuslarına hökm oxundu

DÜNYA

12 Aprel 2025 | 14:10

Türkiyədə “Mossad”ın casuslarına hökm oxundu

İstanbul məhkəməsi İsrailin “Mossad” kəşfiyyat agentliyinə casusluqda təqsirli bilinən 6 nəfəri ümumilikdə 100 ildən çox həbs cəzasına məhkum edib.

Bakıvaxtı.az xəbər verir ki, iş üzrə müttəhimlər ötən ilin aprelində Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat zamanı həbs edilib.

Mühakimə olunanlardan biri sığorta şirkətinin sahibi Ahmet Ersin Tumlucalı casuslar şəbəkəsini idarə etdiyinə görə 22 il 6 ay həbs cəzası alıb. Onun həyat yoldaşı Benan Tumlucalı 16 il 8 ay, ögey qızı Dila Sultan Şimşək isə 15 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Digər üç müttəhim - Cem Özcan, Özkan Arıcan və Fizuli Şimşək hər biri 15 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum olunublar.

Qrupun üzvləri Türkiyədəki əcnəbi vətəndaşlar, o cümlədən münaqişələr səbəbindən vətənlərini tərk edənlər haqqında topladığı məlumatların müqabilində yüz minlərlə avro da daxil olmaqla külli miqdarda pul alıblar.

Şəbəkənin fəaliyyəti Türkiyə, Almaniya, Gürcüstan və Livan ərazilərini əhatə edirdi. Bəzi iştirakçılar İsrail kəşfiyyatçıları ilə birbaşa əlaqə saxlayıb və ünsiyyət üçün internet platformalarından istifadə ediblər.


SON XƏBƏRLƏR

12 Aprel 2025