• Bakı 22° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

ABŞ Avropadakı hərbi kontingentini azaltmayacaq

DÜNYA

12 May 2025 | 13:05

ABŞ Avropadakı hərbi kontingentini azaltmayacaq

ABŞ hələlik Avropada hərbi kontingentini azaltmaq və qüvvələrin bir hissəsini Asiyada yerləşdirmək niyyətində deyil.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.

"Hələlik Birləşmiş Ştatların alyansın müdafiə planlarında iştirak edən qoşunlarını çıxaracağına və onları Hind-Sakit okeanı regionunda yerləşdirəcəyinə dair heç bir əlamət yoxdur", - admiral Pentaqon rəsmiləri ilə görüşmək üçün ABŞ-yə səfəri zamanı deyib.

O vurğulayıb ki, alyans ABŞ-nin hərbi mövqeyinin dəyişməsi mümkünlüyünə hazır olmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026