• Bakı 25° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Türkiyədə əməliyyat - 273 nəfər saxlanıldı

DÜNYA

11 Iyun 2025 | 11:42

Türkiyədə əməliyyat - 273 nəfər saxlanıldı

Türkiyənin 51 əyalətində miqrant qaçaqmalçılığı təşkilatçılarına və qanunsuz mühacirətə qarşı son iki həftədə keçirilən əməliyyatlar nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən 273 nəfər və 1022 qanunsuz miqrant saxalannılıb.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, miqrant qaçaqmalçılığı təşkilatçılığında şübhəli bilnənlərin 98-i həbs edilib, qalanları barəsində araşdırma davam edir.

Bildirilib ki, qanunsuz mühacirlərin deportasiyası başlayıb.

Əməliyyat İstanbul, Adana, İzmir, Ərzurum, Kocaeli, Van, Hatay, Mersin, Muğla, Nevşehir, Sivas, Edirne, Tokat, Trabzon, Iğdır, Afyonkarahisar, Ağrı, Balıkesir, Gaziantep, Isparta, Aydın, Bursa, Çanakkale, Erzincan, Hakkari, Kırklareli, Rize, Sakarya, Tekirdağ, Şanlıurfa, Yozgat, Ardahan, Kilis, Adıyaman, Amasya, Antalya, Burdur, Elazığ, Giresun, Kars, Kastamonu, Konya, Malatya, Manisa, Kahramanmaraş, Niğde, Ordu, Uşak, Bayburt, Yalova və Osmaniyedə keçirilib.


SON XƏBƏRLƏR