• Bakı 30° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Koçaryan Simonyana qarşı ikinci iddia qaldırıb

DÜNYA

11 Iyul 2025 | 10:51

Koçaryan Simonyana qarşı ikinci iddia qaldırıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlamentin sədri Alen Simonyana qarşı məhkəmə qarşısında təkrar iddia qaldırıb.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Datalex” məhkəmə məlumat portalında bildirilib.

İddiada R.Koçaryan Simonyandan teleqram kanalında dərc etdiyi ifadələrə görə ictimai üzr və təkzib tələb edir.

Keçmiş prezidentin iddiasına görə, yerləşdirilən məlumat yalan və əsassız xarakter daşıyır, onun şərəf, ləyaqət və nüfuzuna zərər vurur. O, Simonyanın həm teleqramda, həm də feysbuk hesabında üzr və təkzib yerləşdirməsində israr edir. İddia təmin edilərsə, spiker aşağıdakı mətni dərc etməli olacaq:

"Daha əvvəl mənim tərəfimdən keçmiş prezident Robert Koçaryana qarşı təhqiramiz ifadələr səsləndirilib ki, bununla da mən onun şərəf və ləyaqətini ləkələmək məqsədi güdürdüm. Mən bundan təəssüf edirəm və üzr istəyirəm".


SON XƏBƏRLƏR