ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Temmi Bryusu BMT-dəki daimi nümayəndənin müavini vəzifəsinə namizəd irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social”da yazıb.
“Mən böyük vətənpərvər, televiziyanın tanınmış siması və ən çox satılan əsərlərin müəllifi Temmi Bryusu səfir rütbəsi ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin növbəti müavini vəzifəsinə irəli sürdüyümü elan etməkdən məmnunam”, - Tramp yazıb.
Bryus yanvar ayından Dövlət Departamentinin mətbuat katibi vəzifəsində çalışır.