Misir və Çin Qəzzanın yenidən qurulması üçün beynəlxalq səylərə çağırış ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi dünən Misirin baş naziri Mustafa Madbulinin iştirakı ilə Çin Dövlət Şurasının baş naziri Li Çianqı qəbul edərkən deyib.
Məlumata görə, hər iki tərəf Zolaqda atəşkəsin əldə edilməsinin, humanitar yardımın dərhal çatdırılmasının təmin edilməsinin zəruriliyini və Fələstin probleminin ədalətli və hərtərəfli həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Yüksək vəzifəli şəxslər həmçinin Qəzzanın yenidən qurulmasına yönəlmiş ərəblərin təşəbbüsü ilə həyata keçirilən layihənin həyata keçirilməsi üçün beynəlxalq dəstəyin təcili səfərbər edilməsinin vacibliyini bildiriblər.
Liderlər bəyan ediblər ki, martın 4-də Qahirədə keçirilən Ərəb Sammitinin fövqəladə sessiyasında qəbul edilmiş Qəzzanın yenidən qurulması planının həyata keçirilməsi üçün qlobal dəstək sürətlə təşkil edilməlidir.
Plan altı aylıq keçid dövründə Qəzza zolağının idarə olunması üçün “Qəzzə İdarəetmə Komitəsinin” yaradılmasını nəzərdə tutur.
Mina Mikayılova