Rusiya prezidenti Vladimir Putin Krım ssenarisini təkrarlamağa çalışır, müharibədəki fasiləni işğal olunmuş ərazilərin qorunub saxlanılması ilə dəyişməyə çalışır. Ukrayna ölkənin parçalanmasının qarşısını almaq üçün cavab verməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna lideri Volodimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
“Amerika tərəfi ilə təmaslar demək olar ki, müxtəlif səviyyələrdə gecə-gündüz davam edir. Biz hər şeyi açıqlamırıq. Putinin taktikasını hamı yaxşı görür”, - prezident qeyd edib.
Onun sözlərinə görə, Kreml rəhbəri sanksiyalardan qorxur və onlardan yayınmaq üçün hər şeyi edir:
“Ona Krımı almağa icazə verdilər və bu, Donetsk və Luqansk vilayətlərinin işğalına səbəb oldu”.